11:47 22-01-2021
news_image
103
FUTBOL

Azarkeşlər buraxılmayacaq – yığmamızın oyununa

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq. 

Apasport.az saytının məlumatına görə, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun təşkil ediləcək.

COVID-19 pandemiyası ilə əlaqədar oyun qapalı məkanda keçiriləcəyindən, azarkeşlər və KİV nümayəndələri zala buraxılmayacaq.

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü Bakı İdman Sarayında keçiriləcək.