11:53 22-01-2021
news_image
107
FUTBOL

“Yuventus”dan yeni transfer – “Luqano”dan

İtaliyanın “Yuventus” klubu İsveçrənin U-21 milli komandasının futbolçusu Kristofer Lunqoyi ilə müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçu “Luqano”dan transfer olunub.

Anlaşmanın müddəti və transfer məbləği açıqlanmır. Konqo əsilli forvard il yarım “Luqano”da icarədə olacaq. “Yuventus” bu müddətdəki transfer pəncərələrində futbolçunu geri çağırmaq hüququna malik olacaq.

Qeyd edək ki, Lunqoyi cari mövsüm İsveçrə çempionatında 12 matç keçirib.