13:02 22-01-2021
news_image
99
FUTBOL

Qadın hakimə tapşırıldı – millimizin oyunu

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da keçiriləcək Azərbaycan – Slovakiya oyununun təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Bakıdakı görüşün birinci hakimi qadın olacaq.

Rusiyadan olan İrina Velikanova birinci, həmyerlisi Yuri Neverov ikinci referi funksiyasını yerinə yetirəcək.

Bakı İdman Sarayında baş tutacaq matçda üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edən Hikmət Qafarlı olacaq.