13:34 22-01-2021
news_image
133
FUTBOL

Ermənistanın oyununa təyinat aldı – azərbaycanlı hakim-inspektor

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

Apasport.az saytının məlumatına görə, həmyerlimiz futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsi çərçivəsində iki görüşdə iş başında olacaq.

Təmsilçimiz yanvarın 29-da keçiriləcək Rusiya – Ermənistan və fevralın 3-də təşkil olunacaq Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektor vəzifəsini yerinə yetirəcək.