13:37 22-01-2021
news_image
159
FUTBOL

Azərbaycan klubunun tarixinə düşdü – Davit Volkov

“Zirə” Azərbaycan Premyer Liqasında keçirdiyi ev oyunlarında 100-cü qola imza atıb. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, bu, XIV turun “Qəbələ” ilə qarşılaşmasına təsadüf edib. 

2:0 hesabı ilə başa çatan qarşılaşmada “qartallar”ın ikinci qoluna imza atan Davit Volkov yubiley qolunun müəllifi olub. 

“Zirə” bunadək öz meydanında keçirdiyi 76 oyunda 98 qol vurmuşdu. 100-ə 77-ci matçda çatan komandamızın orta məhsuldarlığı 1,30-a bərabərdir.

Qeyd edək ki, “qartallar”ın evdəki 1-ci qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci avqustun 9-da AZAL-la ev görüşündəki yeganə topun müəllifi olub. “Zirə”nin öz meydanındakı 50-ci qolu isə 2017-ci il oktyabrın 14-nə təsadüf edib. “Kəpəz” üzərində 3:0 hesablı qələbədə ikinci qola imza atan Təmkin Xəlilzadə yubiley topunun müəllifi olub.