14:27 22-01-2021
news_image
226
FUTBOL

Bileti alındı, hava limanına yollanmadı – “Qalatasaray”ın anlaşdığı futbolçu

“Qalatasaray”ın bir neçə gün əvvəl anlaşdığı sabiq futbolçusu Henri Onyekurunun İstanbula gəlişi yubanır.

Apasport.az saytının məlumatına görə, “Monako”nun vingeri növbəti dəfə təyyarəyə minməyib.

Dünən gəlişi gözlənilən oyunçu üçün “sarı-qırmızılılar” bu gün də bilet alıblar. Lakin Nigeriya millisinin üzvü yenə Parisdəki hava limana yollanmayıb. Buna səbəb kimi Fransada koronavirus pandemiyası ilə əlaqədar sərt karantin rejiminin tətbiq edilməsi göstərilir. Onyekuru hazırda testin nəticələrini gözləyir. Yalnız ondan sonra Türkiyəyə yollanmasına icazə veriləcək.

Qeyd edək ki, “Qalatasaray” Onyekurunun yarım mövsümlük icarəyə götürülməsi ilə bağlı “Monako” ilə anlaşıb.