14:35 22-01-2021
news_image
83
FUTBOL

Apelyasiya şikayəti təmin edilmədi - Messi ilə bağlı

İspaniyanın “Barselona” klubunun Lionel Messi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

Apasport.az saytının məlumatına görə, İspaniya Kral Futbol Federasiyası Liqa1 təmsilçisinin şikayətini təmin etməyib.

Argentinalının iki oyunluq diskvalifikasiyası qüvvədə saxlanılıb. Messi XX turun “Elçe” ilə görüşünü də buraxmalı olacaq. Cənubi amerikalı ölkə kubokunun 1/16 final mərhələsinin “Korneliya” ilə görüşündə (2:0) cəzanın ilk matçını buraxıb.

Qeyd edək ki, Messi Superkubokun “Atletik”lə final oyununda (2:3) rəqibə arxadan zərbə vurduğu üçün qırmızı vərəqə alıb.