16:49 22-01-2021
news_image
126
FUTBOL

“Barselona”nın rəqibi müəyyənləşdi - kubokda

İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, “Barselona” “Rayo Valyekano” ilə görüşəcək.

“Alkoyano” “Atletik”lə, “Navalkarnero” “Qranada” ilə rəqib olub. 1/4 finala vəsiqə üçün “Jirona” “Vilyarreal”la, “Almeriya” “Osasuna” ilə qarşılaşacaq.

Üç cütdə La Liqa təmsilçilərinin dueli baş tutacaq. “Betis” “Real Sosyedad”la, “Sevilya” “Valensiya” ilə, “Valyadolid” “Levante” ilə üz-üzə gələcək.

Qeyd edək ki, bir oyundan ibarət mərhələnin matçları yanvarın 26-28-də keçiriləcək.