
00:45
İtaliyanın “Parma” klubu müdafiəçi transfer edib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Yunanıstanın “Panatinaikos” klubunun futbolçusu Vasilios Zaqaritisi heyətinə qatıb.
19 yaşlı yunan müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vasilios cari mövsüm 12 oyun keçirib.