
22:23
"Sumqayıt"da itki baş verib.
Apasport.az saytının məlumatına görə, yeni transfer Höccət Haqverdiyev Azərbaycan Premyer Liqasının XIV turunda "Keşlə" ilə matçda sıradan çıxıb.
Qarşılaşmanın 57-ci dəqiqəsində zədələnən mərkəz müdafiəçisi mübarizəni davam etdirə bilməyib. Onun əvəzinə Elvin Bədəlov meydana daxil olub.
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən "Keşlə" - "Sumqayıt" oyununda qonaqlar 1:0 hesabı ilə öndədir.