21:42 22-01-2021
news_image
115
FUTBOL

Sabiq baş məşqçisinə təzminat ödəmək istəmir – “Barselona”

İspaniyanın “Barselona” klubu sabiq baş məşqçisi Kike Setyenə təzminat ödəmək fikrində deyil.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis kataloniyalıları məhkəməyə versə də, qarşı tərəf bu fikirlə razı deyil.

Onlar Setyenin uğursuz nəticələrə görə qarşılıqlı razılıqla müqaviləsinə xitam verdiyini açıqlayıb. Rəhbərlik Setyenin komanda daxilində söz sahibi ola bilmədiyini və oyun üslubuna sadiq qalmadığını əsas gətirib.

Qeyd edək ki, Kike Setyen ötən il avqustun 20-də “Barselona”dan ayrılıb.