00:00 23-01-2021
news_image
124
FUTBOL

Əməliyyat olunacaq – Ceymi Vardi

İngiltərənin “Lester” klubunun lideri Ceymi Vardi daha bir neçə həftə komandadan ayrı qalacaq.

Apaspot.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Brendon Rocers deyib.

Çalışdırıcı bildirib ki, hücumçu əməliyyat olunacaq: “Ceymi bir neçə həftə bizdən uzaq qalacaq. Hazırkı təqvim onun kiçik əməliyyat olunmasına imkan verir. Həmin əməliyyatdan sonra uzun müddət bərpa prosesi keçməsinə ehtiyac qalmayacaq. Ancaq qasıq nahiyəsindəki zədə ilə bağlı əməliyyat hələ olmayacaq”.

Qeyd edək ki, cari mövsüm 18 matçda iştirak edən Ceymi Vardi 11 qol vurub.