22:13 22-01-2021
news_image
135
FUTBOL

Qvardiola aydınlıq gətirdi - De Bruynenin durumuna

İngiltərənin “Mançester Siti” klubunun aparıcı futbolçusu Kevin De Bruynenin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Pep Qvardiola yarımmüdafiəçinin bir müddət komandadan uzaq qalacağını açıqlayıb.

İspaniyalı mütəxəssis “Aston Villa” ilə Premyer Liqanın I turundan təxirə salınmış matçda (2:0) zədələnərək əvəzlənən belçikalı oyunçunun 4-6 həftə aralığında sərəncamında olmayacağını bildirib. Bu isə o deməkdir ki, ulduz futbolçu Premyer Liqanın bir neçə oyunu ilə yanaşı, böyük ehtimalla Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniya təmsilçisi “Borussiya” (Mönhenqladbax) ilə görüşü buraxacaq.

Qeyd edək ki, “Mançester Siti” hazırda 38 xalla Premyer Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.