22:34 22-01-2021
news_image
173
FUTBOL

“Alaves” önünə 5 itki ilə çıxacaq – “Real”

İspaniya La Liqasının XX turunda “Alaves”lə qarşılaşacaq “Real” oyuna ciddi itkilərlə çıxacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, kapitan Serxio Ramos, digər müdafiəçilər Dani Karvahal, Naço Fernandes, yarımmüdafiəçi Federiko Valverde və hücumçu Rodriqo qarşıdakı matçı buraxmalı olacaqlar. Həmçinin koronavirusa yoluxan baş məşqçi Zinəddin Zidan da həmin görüşdə texniki zonadakı yerini tuta bilməyəcək.

Qeyd edək ki, “Alaves” – “Real” oyunu yanvarın 23-də keçiriləcək.