00:28 23-01-2021
news_image
118
FUTBOL

Premyer Liqa nəhənglərinin mübarizəsi – Rays uğrunda

“Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays İngiltərənin digər klublarından birinə keçə bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu Premyer Liqa nəhənglərinin maraq dairəsinə düşüb.

Konkret olaraq “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul” və “Çelsi” İngiltərə millisinin üzvü üçün londonlulara müraciət edib. Hələ ötən yay “Çelsi” bu transferdə maraqlı olsa da, “Vest Hem”in 90 milyon avroluq tələbi “zadəganlar”ı fikrindən daşındırmışdı. Ancaq indi klub onu 50-55 milyon avroya sata bilər.

Qeyd edək ki, Deklan Rays 2015-ci ildən “Vest Hem”də çıxış edir.