00:59 23-01-2021
news_image
124
FUTBOL

Salahla yeni müqaviləyə tələsmir – “Liverpul”

“Liverpul” aparıcı futbolçusu Məhəmməd Salahın başqa kluba keçmə ehtimalı ilə bağlı yayılan xəbərlərdən narahat deyil.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi hücumçunun komandada qalacağına arxayındır.

Ancaq “qırmızılar” koronavirus pandemiyası səbəbindən gəlirlərin kəskin azaldığını nəzərə alaraq, misirli forvardla yeni müqavilə danışıqlarına başlamağa tələsmir. Premyer Liqa təmsilçisi “Real” və “Barselona” kimi İspaniya nəhənglərində maliyyə çətinlikləri yarandığından, onların Salah üçün təklif göndərəcəyini düşünmür.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.