10:25 23-01-2021
news_image
356
FUTBOL

25 ildən sonra ilk dəfə - “Borussiya”ların duelində

Almaniya Bundesliqasının XVIII turunda Dortmund “Borussiya”sını qəbul edən Mönhenqladbax “Borussiya”sı 4:2 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bu matç meydan sahibləri üçün əlamətdar olub.

Bununla mönhenqladbaxlılar son 25 ildə ilk dəfə Dortmund komandasının qapısından 4 top keçirməyi bacarıblar. Buna qədər komanda 1996-cı ildə rəqibini 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Marko Rouzun komandası bu qələbədən sonra Bundesliqada 31 xalla 4-cü pilləyə yüksəlib. Dortmundlular isə aktivində 29 xalla 5-ci yerdədir.