10:39 23-01-2021
news_image
366
FUTBOL

Yekun qərara gələ bilmir – Mbappe

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe yeni müqavilə ilə bağlı rəhbərliklə danışıq aparır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu hələ yekun qərara gəlmədiyini açıqlayıb.

İspaniya klubu “Real”ın maraq dairəsində olan forvard tezliklə hər şeyə aydınlıq gələcəyini bildirib: “İndi gələcək taleyim barədə düşünürəm və klubla danışıq aparıram. Yeni müqavilə imzalasam, o deməkdir ki, uzun müddət burada qalacağam. PSJ-də özümü yaxşı hiss edirəm. Tezliklə bir qərar verməli olacağam”.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm Fransa çempionatında 14 qol vurub, 6 məhsuldar ötürmə verib.