11:48 23-01-2021
news_image
419
FUTBOL

“Alkmaar”la oyunda debüt etdi – Ozan Can Kökçü

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandın “Telstar” klubunun heyətində debüt edib.

Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi birinci divizionun XXI turunda “Alkmaar”ın əvəzedici komandası ilə matçda meydana çıxıb.

“Telstar”ın meydanında baş tutan qarşılaşma 2:2 hesabı ilə nəticələnib. Mübarizəyə ehtiyatdan başlayan Kökçü 67-ci dəqiqədə hesab 1:1 olarkən oyuna qoşulub. “Telstar” hazırda 32 xalla turnir cədvəlinin 8-ci pillədə qərarlaşır.

Qeyd edək ki, müqavilə ilə “Sabah”a məxsus olan Ozan Can Kökçü “Telstar”a mövsümün sonuna qədər icarəyə verilib.