13:25 23-01-2021
news_image
263
FUTBOL

İstanbula gəldi – “Qalatasaray”ın transferi

Fransanın “Monako” klubunun futbolçusu Henri Onyekuru İstanbula gəlib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı vinger sabiq komandası “Qalatasaray”a qayıdıb.

Türkiyə təmsilçisi rəsmi saytı vasitəsilə Nigeriya millisinin üzvü ilə danışığa başlanıldığını açıqlayıb. “Cim-bom” knyazlıq klubu ilə Onyekurunun mövsümün sonuna qədər icarəyə götürülməsini razılaşdırıb. “Sarı-qırmızılılar” onu mövsümün sonunda 6 milyon avro qarşılığında birdəfəlik transfer etməlidir. Onyekuru tibbi müayinədən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, ilk olaraq İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dərvişoğlunu transfer edən “Qalatasaray”ın “Başakşəhər”in yarımmüdafiəçisi İrfan Canla da 4,5 illik sözləşmə bağlaması gözlənilir.