13:52 23-01-2021
news_image
310
FUTBOL

Ümumi borcu açıqlandı – “Fənərbaxça”nın

Türkiyənin “Fənərbaxça” klubunun ümumi borcu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç İdarə Heyətinin onlayn iclasında açıqlayıb.

O bildirib ki, “sarı-lacivərdlilər”in indiyə olan borcu 4 milyard 719 milyon lirədir. Bu isə 520 milyon avrodan çox deməkdir. Ali Koç koronavirus pandemiyası səbəbindən azarkeşlərin tribunalara buraxılmamasının bunda böyük rol oynadığını söyləyib.

Qeyd edək ki, “Fənərbaxça” son olaraq İngiltərə klubu “Arsenal”dan ulduz futbolçu Məsut Özili transfer edib.