14:00 23-01-2021
news_image
438
FUTBOL

Yeni qapıçı çağırıldı – Azərbaycan millisinə

Futzal üzrə Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Avropa çempionatının seçmə qrup mərhələsində yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq komandamıza qapıçı Cavad Məmmədov cəlb edilib.

“Neftçi”nin üzvü olan 20 yaşlı qolkiper ilk dəfə əsas millinin düşərgəsinə qoşulub.