14:26 23-01-2021
news_image
414
FUTBOL

“Vulverhempton”a keçdi – La Liqa klubunun hücumçusu

İspaniyanın “Real Sosyedad” klubunun futbolçusu Villian Jozenin karyerasını İngiltərədə davam etdirəcəyi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu “Vulverhempton”a keçib.

Premyer Liqa klubu 29 yaşlı forvardı mövsümün sonunadək icarəyə götürdüyünü açıqlayıb. “Vulverhempton” 29 yaşlı oyunçunu yayda birdəfəlik transfer etmək hüququna malikdir. “Canavarlar” bununla zədələnən Raul Ximenesin boşluğunu doldurub.

Qeyd edək ki, Villian cari mövsümün 21 oyunda 6 qol vurub.