
15:05
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, yığmamızla bərabər Norveç, Belçika və Lüksemburq komandalarının yer aldığı 3-cü qrupun oyunları 5-12 oktyabr tarixlərində Belçikada təşkil olunacaq.