21:41 23-01-2021
news_image
466
FUTBOL

Yubiley – “Qarabağ”da

“Qarabağ” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, yubiley “Sabah”la XIV turun matçında gerçəkləşib. 

Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

“Qarabağ” rəqib meydanlarındakı 400 görüşdə 182 dəfə qalib gəlib. 106 heç-heçəsi olan komanda 112 dəfə meydandan xalsız ayrılıb.

Qeyd edək ki, “Qarabağ”ın ilk səfəri 1992-ci il mayın 9-na təsadüf edib. Həmin gün ağdamlılar Salyanda “Plastik”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.