21:58 23-01-2021
news_image
464
FUTBOL

İlk təyinat – mövsümdə

Azərbaycan kubokunda 2020/21 mövsümünün ilk təyinatı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Səbail”lə “Zaqatala” arasında keçiriləcək 1/8 final mərhələsinin hakimləri müəyyənləşib.

Yanvarın 24-də “ASCO Arena”da baş tutacaq qarşılaşmanı Namiq Bəkirov idarə edəcək.

Azərbaycan kuboku
1/8 final
24 yanvar (bazar)
15:00. “Səbail” – “Zaqatala”
Hakimlər:
Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”