00:11 24-01-2021
news_image
131
FUTBOL

Koronavirusdan sağaldı – “Yuventus”un iştirak ərizəsinə salındı

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mattiys De Liqt koronavirusdan sağalıb.

Apasport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Niderland millisinin üzvü A seriyasının XIX turunda “Bolonya” ilə sabahkı qarşılaşmada iştirak edə bilər. Prootokola uyğun olaraq iki dəfə testdən keçən və hər iki halda cavabı neqativ çıxan gənc müdafiəçi komanda ilə məşqlərə qoşulub. O, qarşıdakı görüşün iştirak ərizəsinə də salınacaq.

Qeyd edək ki, “Yuventus” – “Bolonya” görüşü Bakı vaxtı ilə 15:30-da başlayacaq.