15:47 24-01-2021
news_image
140
FUTBOL

Bombardir müdafiəçilər – onillikdə

Son onilliyin ən məhsuldar müdafiəçiləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına Serxio Ramos başçılıq edir.

İspaniyalı müdafiəçi 2011-20-ci illərdə 89 qol vurub. O, ən yaxın izləyicisini 11 top qabaqlayır. 2-ci sırada cəbəllütariqli Yozef Çipolina qərarlaşıb – 78 qol. Kosta-rikalı Keylor Soto 73 qolla ilk “üçlüy”ü qapayır.

Qeyd edək ki, cədvələ 33 və daha çox qol vuran 62 müdafiəçi daxil olub. Azərbaycan və qardaş Türkiyə təmsilçiləri siyahıda yer almayıb.