22:24 24-01-2021
news_image
145
FUTBOL

Daha bir rekord – Levandovskidən

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski daha bir rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, polşalı hücumçu Bundesliqada ardıcıl 8 səfər oyununda qol vuran ilk futbolçu olub.

Robert seriyasını “Şalke” ilə matçda 8-ə çatdırıb. O, 4:0 hesablı səfər qələbəsinə 1 qolla töhfə verib.

Qeyd edək ki, Levandovski 17 turdan sonra 23 qolla bombardirlər yarışının lideridir.