
17:54
İtaliyanın “Kalyari” klubu baş məşqçisi Eusebio di Françesko ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, mütəxəssislə yeni anlaşma 2023-cü ilə qədər qüvvədə olacaq.
Di Françesko 2020-ci ilin avqustundan “Kalyari”ni çalışdırır. Bu müddətdə komanda 5 qələbə qazanıb və eyni sayda heç-heçə edib. 12 matçda isə komanda məğlubiyyətə üzülüb.
Qeyd edək ki, 12 matçdır qələbə qazanmayan “Kalyari” İtaliya kuboku ilə vidalaşıb, A seriyasında isə 18-ci yerdə qərarlaşıb.