18:53 25-01-2021
news_image
694
FUTBOL

“Qəbələ” və “Zirə”dən qələbə – “Sabah” I divizion komandası ilə bacarmadı

Azərbaycan kubokunda 1/8 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün daha üç matç baş tutub.

Günə Tovuzda start verilib. I divizion təmsilçisi “Turan Tovuz”un qonağı olan “Qəbələ” qalib gələrək, növbəti mərhələdə “Qarabağ”ın rəqibi olub.

1/8 finalın yeganə paytaxt derbisində “Qaradağ Lökbatan” “Zirə” önünə çıxmağına peşman olub. Rəşad Sadıqovun baş məşqçi kimi kubokdakı debütündə komandası cütün taleyini ilk yarım saatdaca həll edib. Rəqibini darmadağınla üstələyən “Zirə” “Neftçi” ilə qarşılaşmaq hüququna yiyələnib.

Günə uğursuzların dueli ilə yekun vurulub. Premyer Liqanın autsayderi “Sabah” elitaya yüksəlmək şanslarını boşa verməkdə olan “Kəpəz”i sınağa çəkib. Paytaxtdakı qarşılaşmada mərhələnin yeganə sensasiyası qeydə alınıb. “Sabah” hesabı açmasına baxmayaraq, gəncəlilər ikinci hissədə vurduğu qollarla əzmkar qələbə qazanıb. “Kəpəz” yarımfinal uğrunda “Keşlə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, yanvarın 24-də start götürən mövsümün ilk qarşılaşmasında “Səbail” “Zaqatala”nı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. Paytaxt təmsilçisi fevralın 1-2 və 6-7-də baş tutacaq 1/4 finalda “Sumqayıt”la görüşəcək.

Azərbaycan kuboku
1/8 final
25 yanvar (bazar ertəsi)

14:00. “Turan Tovuz” – “Qəbələ” - 0:2
Qollar: 
Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
“Turan Tovuz”: 77. Mehman Hacıyev, 4. Səbayıl Bağırov, 10. Akif Tağıyev (k), 8. Aqşin Muxtaroğlu, 16. Fuad Bayramov, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 3. İzzət Müştaqov, 9. Vidadi Cəfərov, 11. Nurlan Şabanov, 19. Xəyyam Hüseynov
Ehtiyat oyunçular: 1. Əmrah Zülfiqarlı, 20. Elmir Tağıyev, 18. Elmin Bayramov, 2. Firuz Əhmədov, 22. Elşad Tağıyev, 14. Ramin Süleymanov, 7. Elçin Qasımov, 17. Rəşad Əliyev
Baş məşqçi: İlham Yadullayev
“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 
77. Merab Qiqauri, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel,  13. Yurgen Qoxa, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
Tovuz şəhər stadionu

16:00. “Qaradağ Lökbatan” – “Zirə” - 0:4
Qollar: 
Nemanya Andelkoviç, 12, Davit Volkov, 27, 45+1, Musa Qurbanlı, 30
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
“Qaradağ Lökbatan”: 1. Nail Alışov, 15. Əlibəy Məmmədli, 19. Orxan Əliyev (k), 7. Mirkamil Əliyev, 4. Elvin Sərkərov, 18. Elnur Səmədov, 47. Sərxan Abdullayev, 11. Elnur Cəfərov, 22. Kamil Hüseynov, 9. Sabir Allahquliyev, 3. Məhərrəm Orucov
Ehtiyat oyunçular: 90. Cəfər Əlizadə, 10. Tapdıq Əhmədov, 77. Elşən Veysov, 14. Davud Mahmudov, 17. Fərid Mahmudov, 21. Nizami Səmədov, 38. Əbdülkərim Ağamalıyev, 5. Nazim Rəhimov, 6. Samir Ağayev
Baş məşqçi: Nazim Əliyev
“Zirə”: 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 9. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 29. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Mateus Albino, 4. Elvin Camalov, 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 3. Ali Sisey, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Dalğa Arena”

17:00. “Sabah” – “Kəpəz” - 1:2
Qollar: 
Filip İvanoviç, 45+1 - Samir Qurbanov, 68, Əli Səmədov, 84
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
“Sabah”: 31. Rustam Samiqullin, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev (k), 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqez, 2. Amin Seydiyev, 26. Fofana Tiemoko, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 6. Şakir Seyidov
Baş məşqçi: Visente Qomez
“Kəpəz”: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 97. Emil Qasımov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov 17. Ümid Səmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 11. Elcan Rəhimov, 7. Ruslan Süleymanov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 5. Nika Baçaliaşvili, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev
Baş məşqçi: Yaşar Vahabzadə
“Bank Respublika Arena”