01:04 25-01-2021
news_image
204
FUTBOL

Karyerasını bitirdi – dünya çempionu

Almaniya millisinin sabiq futbolçusu Kevin Qrosskroys karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bu addımı 33 yaşında atıb.

Karyerasının ən yaxşı illərini Dortmund “Borussiya”sında keçirən Kevin “Rot Vays”, “Ştutqart”, həmçinin Türkiyə “Qalatasaray”ında çıxış edib. Son illər aşağı liqa təmsilçiləri “Darmştadt” və “Yurdingen”də oynayan Qrosskroyts 2010-14-cü illərdə Bundestimin şərəfini qoruyub.

DÇ-2014-ün çempionu “Borussiya” ilə Almaniyada iki çempionluğu, kubok və iki Superkubok qazanıb, Çempionlar Liqasının finalçısı olub.