09:22 25-01-2021
news_image
126
FUTBOL

Tarixin dördüncüsü – Puşkaşı geridə qoydu

İspaniya La Liqasının XX turunda “Real Sosyedad”ın qonağı olan “Betis” Xoakinin vurduğu son dəqiqə qolu sayəsində 1 xal qazanıb (2:2).

Apasport.az saytının məlumatına görə, bu top ispaniyalı veteran oyunçu üçün əlamətdar olub.

Xoakin 39 yaş 186 günlüyündə fərqlənməklə əfsanəvi Ferens Puşkaşı geridə qoyaraq La Liqanın ən yaşlı 4-cü qolçusu ünvanına yiyələnib. Bu mənada rekordçu “Atletiko” və “Deportivo”da oynamış Donadodur. O, 40 yaş 138 günlüyündə qol sevinci yaşayıb. 2-3-cü yerlərdə müvafiq olaraq Sezar (39 yaş 279 gün) və Alfredo Di Stefano (39 yaş 231 gün) qərarlaşıb.

Qeyd edək ki, “Betis”in yetirməsi olan Xoakin doğma komandasına 2015-ci ildə qayıdıb və həmin vaxtdan bu klubda çıxış edir.