09:57 25-01-2021
news_image
271
FUTBOL

Azərbaycandan təklif alıb – 41 yaşlı qapıçı

Rusiya millisinin sabiq qapıçısı Sergey Rıjikov karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, bunu 41 yaşlı qolkiperin meneceri Aleksey Safonov yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, hazırda “Tambov”un qapısını qoruyan veteran oyunçuya birinci liqadan məşqçilik təklifi gəlib. Lakin menecer Rıjikovun karyerasını davam etdirmək niyyətində olduğunu vurğulayıb: “Seçimlər arasında Qazaxıstan və Azərbaycan çempionatları var. Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ekzotik ölkələrdən də təkliflər almışıq. Ancaq indi ora getmək bir az çətindir”.

Qeyd edək ki, Sergey Rıjikov bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 16 oyunda 25 qol buraxıb. Onun komandası “Tambov” 19 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.