
15:05
İtaliyanın “Latsio” klubunun baş məşqçisi Simeno İnzaginin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis Roma təmsilçisi ilə yeni müqavilə imzalayacaq.
Bunu çalışdırıcı özü yerli mətbuata açıqlamasında bildirib: “Bu yaxınlarda klub prezidentini gördüm. O, bildirdi ki, yeni müqavilə hazırdır. Mən də sözləşməyə qol çəkməyi gözləyirəm”.
Qeyd edək ki, 2016-cı ildən “Latsio”nu çalışdıran Simone İnzagi paytaxt klubuna bir dəfə İtaliya kubokunu, iki dəfə isə Superkubokunu qazandırıb.