11:51 25-01-2021
news_image
108
FUTBOL

“Sevilya” satmaqdan imtina etdi - bombardirini

İspaniyanın “Sevilya” klubu Yussef En-Nasirini satmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi İngiltərənin “Vest Hem” klubunun təklifini geri çevirib.

Premyer Liqa klubu 23 yaşlı mərakeşli üçün bonuslarla birlikdə 33 milyon avro ödəmək istəyib. İspaniya klubu bununla razılaşmayıb.

“Sevilya”nın yayda afrikalını satacağı gözlənilir. Bu, klubun maliyyə durumunu yaxşılaşdırması üçün vacib sayılır. “Vest Hem” isə qışda güclənmək üçün təklifin məbləğini 40 milyona qədər qaldırmağı planlaşdırır.

Qeyd edək ki, En-Nasiri 19 oyunda vurduğu 12 qolla La Liqanın bombardirləri yarışında liderliyə şərikdir.