
09:45
Almaniyanın “Hoffenhaym” klubunun futbolçusu Andrey Kramariç yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, hücumçu “Köln”lə görüşdə (3:0) dubla imza atmaqla buna nail olub.
Kramariç Bundesliqada ən çox qol vuran xorvatiyalı adına sahib çıxıb. O, 73-cü qoluna imza atıb.
Andrey İvitsa Oliçin rekordunu arxada qoyub. “Hamburq”, “Bavariya”, “Volfsburq”un sabiq forvardı 72 qol vurub.
Bu siyahıda 3-cü olan Mario Mancukiç 53 dəfə fərqlənib. Mladen Petriçin 51, İvan Klasniçin 50 qolu var.
Qeyd edək ki, Kramariç “Köln”lə görüşdə hər iki qolu penaltidən vurub.