14:00 25-01-2021
news_image
144
FUTBOL

Bu gün gedişi açıqlanacaq - Frenk Lempardın

İngiltərənin “Çelsi” klubu baş məşqçisi Frenk Lempardı istefaya göndərməyə hazırlaşır.

Apasport.az saytının “Telegraph” nəşrinə istinadən məlumatına görə, London təmsilçisi artıq bu gün gənc mütəxəssisin gedişini elan edəcək.

Məlumatda bildirilib ki, rəhbərlik futbolçulara səhər bazaya gəlməməyi tapşırıb. Bu posta yenicə PSJ-dən ayrılan Tomas Tuxelin gətirilməsi gözlənilir.

Qeyd edək ki, Frenk Lempard “Çelsi”nin sükanı arxasına 2019-cu ilin yayında keçib. Komanda hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb.