15:23 25-01-2021
news_image
159
FUTBOL

“Fənərbaxça” danışıqlara başladı – “Qalatasaray”ın razılaşdığı futbolçu ilə

Transfer çalışmalarını davam etdirən “Fənərbaxça” daha bir oyunçuya elçi düşüb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi “Başakşəhər”in yarımmüdafiəçisi İrfan Canı heyətinə qatmaq niyyətindədir.

Bu isə “Qalatasaray” cəbhəsində narahatlıq yaradıb. Çünki Türkiyə millisinin üzvü ilə şəxsi müqaviləni razılaşdıran “cim-bom” “Başakşəhər”lə maliyyə məsələsində anlaşmağa çalışır. “Sarı-lacivərdlilər” də 26 yaşlı orta sahə oyunçusu üçün klubu ilə rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, İrfan Can 2017-ci ildən “Başakşəhər”in formasını geyinir.