16:01 25-01-2021
news_image
837
DİGƏR NÖVLƏR

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Azərbaycan Birinci Vitse-prezidenti Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti və İcra Komitəsinin sədri seçilib. 

Apasport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. 

Bildirilib ki, 11-ci Ümumi Yığıncaq və İcra Komitəsinin 37-ci iclası çərçivəsində baş tutan səsvermənin yekununa əsasən Mehriban Əliyeva növbəti 5 ildə federasiyaya rəhbərlik edəcək. 

Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti və İcra Komitəsinin sədr müavini seçilib. Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilyevanın növbəti 5 il müddətinə İcra Komitəsinə üzvlüyü təsdiqlənib. 

Qeyd edək ki, Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir.