16:22 25-01-2021
news_image
221
DİGƏR NÖVLƏR

Beynəlxalq turnirdə - konkisürənlərimiz

Azərbaycan fiqurlu konkisürənləri beynəlxalq turnirdə iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, Yekaterina Kuznetsova və Aleksandr Kolosovski “Lumi dance trophy”də qüvvəsini sınayacaq.

Buz üstdə rəqslərdə çıxış edən dueti Ukraynanın Odessa şəhərində mükafatlar uğrunda mübarizə aparacaq. Turnir fevralın 10-13-də baş tutacaq.

Qeyd edək ki, 2004-cü ildə Rusiyanın paytaxtı Moskvada anadan olan Yekaterina əvvəl Daniel Brikalovla birlikdə yığmamızın şərəfini qoruyurdu.