18:54 25-01-2021
news_image
228
FUTBOL

1/4 finalın cütləri müəyyənləşdi – Azərbaycan kubokunda

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna 1/8 final çərçivəsində dünən və bu gün keçirilən oyunlardan sonra aydınlıq gəlib.

Ötən mövsüm Premyer Liqada ilk dörd pilləni tutduğu üçün turnirə 1/4 finaldan başlayacaq “Sumqayıt”, “Qarabağ”, “Keşlə” və “Neftçi” rəqibini tanıyıb. Beləliklə, yarımfinala vəsiqə uğrunda “Sumqayıt” “Səbail”lə, “Qarabağ” “Qəbələ” ilə, “Neftçi” “Zirə” ilə, “Keşlə” isə mərhələnin yeganə I divizion təmsilçisi “Kəpəz”lə qarşılaşacaq.

1/4 final mərhələsindən etibarən cütlüklərin qalibləri iki oyuna əsasən müəyyənləşəcək. İlk matçlar 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda baş tutacaq.