16:33 25-01-2021
news_image
138
FUTBOL

“Qələbəni asanlıqla qazanmadıq” – Elmar Baxşıyev

“Oyunun çətin keçəcəyini bilirdik. Kubokda 1/8 final mərhələsi bir matçdan ibarətdir”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı görüş barədə fikirlərini açıqlayıb: “Ona görə də komandanı ağır və çətin səfər matçına kökləmişdik. Sevindiricidir ki, neçə ildən sonra Tovuzda oynayırdıq. Bizlərə bir az nostalji hissləri yaşatdı. Tovuz komandası bizə çətinliklər yaratdı. Qələbəni asanlıqla qazanmadıq. Futbolçularımızın yorulduğu hiss olunurdu. Rəqib hərəkətli komandadır, meydanda çox qaçırdı. Düşünürəm ki, bu rayona Premyer Liqa yaraşır. Çox sevindirici olar ki, “Turan Tovuz” Premyer Liqada çıxış etsin. İkinci qol oyun epizodu idi. Rəqib gənc oyunçu olduğu üçün dayandı. Qaydalar tələb edir ki, hakimin qərarına qədər davam eləmək lazımdır. Futbolda belə hallar yaşanır. Bunu normal qarşılaşmaq lazımdır”.