İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio de Laurentis baş məşqçi dəyişikliyi etməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisinin rəhbəri Cennaro Qattuzonu istefaya göndərmək niyyətindədir.
Klub prezidenti bunu idman direktoru Kriştianu Cuntoli ilə müzakirə etməyi planlaşdırır. Qattuzonun yerinə əsas namizəd Rafael Benitesdir. 2013-15-ci illərdə komandaya rəhbərlik edən mütəxəssisin geri qaytarılması gündəmdədir.
Qeyd edək ki, A seriyasında “Verona”ya 1:3, Superkubokda “Yuventus”a 0:2 hesabı ilə uduzan neapollular çempionatın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.