
00:00
“Atalanta”nın yarımmüdafiəçisi Alexandro Qomesin yeni komandasının adına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, A seriyası nəhənglərinin maraq dairəsində olan 33 yaşlı pleymeyker karyerasını İspaniyada davam etdirəcək.
Çünki argentinalı oyunçu “Sevilya” ilə anlaşıb. Klublar arasında danışıqlar artıq yekunlaşıb. “Sevilya” bu transfer üçün Berqamo təmsilçisinə 6 milyon avro ödəyəcək. Oyunçunun performansına əsasən “Atalanta” daha 1 milyon avro bonus əldə edə bilər. Keçidin yalnız rəsmiləşməsi qalıb.
Qeyd edək ki, Alexandro Qomes 2014-cü ildən “Atalanta”da çıxış edib.