00:17 26-01-2021
news_image
124
FUTBOL

Ramosa 45 milyonluq təklif – PSJ-dən

PSJ “Real”ın kapitanı Serxio Ramosun keçidində israrlıdır.

Apasport.az saytının məlumatına görə, Fransa çempionu ulduz futbolçuya yüksək məvacib təklif etməyə hazırlaşır.

Parislilər 34 yaşlı mərkəz müdafiəçisinə ildə 15 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif edəcək. İspaniya millisinin üzvü bunu qəbul edərsə, mükafatlar istisna olmaqla 3 il ərzində 45 milyon avro qazanacaq. Ancaq “Real” ona 10 milyon avro maaş olmaqla cəmi 1 illik yeni saziş təklif edib.

Qeyd edək ki, Serxio Ramosun “Real”la müqavilə müddəti mövsümün sonuna qədərdir.