
11:11
Braziliyanın “Kruzeyro” klubunda gözlənilməz ayrılıq baş verib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Luis Felipe Skolari istefaya göndərilib.
Tərəflərin qarşılıqlı razılıqla müqaviləyə xitam verdiyi açıqlanıb. 72 yaşlı mütəxəssis təyinatından cəmi 3 ay sonra ayrılmalı olub. Onun rəhbərliyi altında komanda B seriyasında 21 oyun keçirib, 9 qələbə qazanıb, 8 heç-heçə edib, 4 məğlubiyyət alıb.
Qeyd edək ki, Luis Felipe Skolari Portuqaliya və Braziliya yığmalarını çalışdırıb.