00:33 26-01-2021
news_image
134
FUTBOL

“Çelsi”nin təklifini rədd etdi – almaniyalı məşqçi

Frenk Lempardı istefaya göndərən “Çelsi” yeni baş məşqçi axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, London klubu ilk olaraq almaniyalı Ralf Ranqniki bu posta müvəqqəti təyin etmək istəyib.

62 yaşlı mütəxəssisə analoji təklif edilib. Lakin Ranqnik “zadəganlar”ın mövsümün sonuna qədər komandanı çalışdırmaq təklifini qəbul etməyib. Premyer Liqa təmsilçisinin PSJ-nin sabiq baş məşqçisi Tomas Tuxellə uzunmüddətli müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Ralf Ranqnik “Leypsiq”, “Şalke” və “Hoffenhaym” kimi Bundesliqa klublarında işləyib.