01:25 26-01-2021
news_image
130
FUTBOL

Portuqaliyaya qayıdır - Halk

Braziliya millisinin sabiq hücumçusu Halk Portuqaliyaya qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvard sabiq komandası “Porto”nun maraq dairəsinə düşüb.

Çinin “Şanxay SİPQ” klubundan ayrılan və hazırda azad agent statusu daşıyan ulduz futbolçu ilə rəsmi danışıqlara başlanılıb. Halkın “Porto”ya qayıtmaq üçün yeganə şərti 1,5 illik müqavilə imzalanmasıdır. Rəhbərliyin bunu qəbul etməsi gözlənilir.

Qeyd edək ki, Halk 2008-2012-ci illərdə “Porto”nun formasını geyinib.