09:06 26-01-2021
news_image
863
FUTBOL

“Qəbələ” bizi onsuz istəmədi” – Yuri Syominin oğlu

“Azərbaycanda atamla birlikdə çalışmaq çox maraqlı idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin oğlu Andrey Syomin deyib.

2013/14 mövsümündə “qırmızı-qaralar”da atasının köməkçisi vəzifəsində çalışan Syomin Rusiya mətbuatına müsahibəsində həmin dönəmi xatırlayıb. O, Azərbaycan futbolu barədə müsbət fikirlər səsləndirib: “Azərbaycan futbolu kifayət qədər yaxşı səviyyədədir. Çempionatın təşkilatçılığı və şərtləri çox xoşuma gəldi. “Qəbələ” ilə çempionatda 3-cü yeri tutduq və kubokun finalında penaltilər seriyası ilə məğlub olduq”.

Andrey Syomin “Qəbələ”dən ayrılmalarının səbəbini də izah edib: “Atam belə istədi. Ona qalmağı təklif etdilər, çox güclü şərtlərlə razı salmağa çalışdılar. Ancaq “Mordoviya”ya getməyə qərar verdi. Əgər məni və Yuri Baturenkonu saxlamaq istəsəydilər, məmnuniyyətlə işimizi davam etdirərdik. Ancaq heç kim bizi Yuri Syominsiz istəmədi”.